...

CERF-ə vəsait cəlb edilməsi ilə bağlı təkliflər BMT Baş Katibinə təqdim edilib

Siyasət Materials 26 Oktyabr 2017 10:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunun Nyu Yorkda keçirilmiş növbəti görüşündə iştirak edib.
CERF-ə vəsait cəlb edilməsi ilə bağlı təkliflər BMT Baş Katibinə təqdim edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 24-25 oktyabr tarixlərində BMT Baş katibi tərəfindən üzv seçildiyi BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun Nyu-Yorkda keçirilmiş növbəti görüşündə iştirak edib.

AİDA-dan Trend-ə verilən məlumata görə, görüşdə Baş Katibin Humanitar məsələlər üzrə köməkçisi və Fövqəladə Hallar üzrə Əlaqələndiricinin müavini Ursula Müller və Baş Katibin İcraedici Ofisində strateji koordinasiya üzrə köməkçisi Fabrizio Hochschild də iştirak edib və donor və yardım alan ölkələrin dövlət rəsmiləri, humanitar yardım agentliklərinin rəhbərləri və tanınmış ekspertlərindən ibarət olan Məşvərət Qrupu üzvləri ilə fikir mübadiləsi aparılıb.

Görüş zamanı CERF-in fəaliyyət strategiyası, həmçinin, Fonda donor vəsaitlərinin daha effektiv şəkildə cəlb edilməsi və bu vəsaitlərin istifadəsi məsələləri nəzərdən keçirilib və bu xüsusda Məşvərət Qrupu tərəfindən müvafiq təkliflər hazırlanıb BMT Baş Katibinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti