...

Bakıda Asiya və Afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil olunub (FOTO)

Siyasət Materials 15 Noyabr 2018 20:48 (UTC +04:00)
AİDA və ADA Universiteti tərəfindən Asiya və Afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil olunub
Bakıda Asiya və Afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil olunub (FOTO)

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq təşkil etdiyi Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursunun açılış mərasimi baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və AİDA-nın direktor müavini Aliyə Ağazadə proqram barədə iştirakçıları məlumatlandırıb.

Proqram beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir.

3 həftə davam edəcək proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnamdan olan diplomatlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti