...

AİDA Argentinada beynəlxalq konfrans çərçivəsində təşkil olunan sərgidə təmsil olunub (FOTO)

Siyasət Materials 21 Mart 2019 01:30 (UTC +04:00)
Argentinanın Buenos-Ayres şəhərində "Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş "Cənub-Cənub əməkdaşlığının rolu və 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin icrası: çağırışlar və imkanlar" adlı konfrans işinə başlayıb.
AİDA Argentinada beynəlxalq konfrans çərçivəsində təşkil olunan sərgidə təmsil olunub (FOTO)

Bakı. Trend:

Argentinanın Buenos-Ayres şəhərində "Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş "Cənub-Cənub əməkdaşlığının rolu və 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin icrası: çağırışlar və imkanlar" adlı konfrans işinə başlayıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatına görə, konfrans çərçivəsində Cənub-Cənub əməkdaşlığı üzrə sərgi təşkil edilib. Sərginin təşkil edilməsində əsas məqsəd Cənub-Cənub əməkdaşlığında iştirak edən ölkələrin ən yaxşı təcrübələrinin təqdim edilməsi, eləcə də Cənub ölkələri arasında əməkdaşlıq əlaqələrinin təşviq edilməsi olub. 40-a yaxın ölkənin iştirak etdiyi sözügedən sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) öz stendi ilə təmsil olunub.

Konfransda iştirak edən Azərbaycan Respubikasının xarici işlər naziri Elmar Məmmədyarov AİDA stendi ilə tanış olub.

Stenddə Cənub-Cənub əməkdaşlığının təşviqində böyük rolu olan AİDA-nın fəaliyyəti, eləcə də ölkəmizin donor qismində dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr, eləcə də humanitar yardım və beynəlxalq inkişaf çərçivəsində göstərdiyi yardımlar barədə geniş məlumat ziyarətçilərə təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti