Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E. İsmayılov/
Azərbaycan Dövlət Neft Akademiyasında xarici şirkətlərin nümayəndələri üçün təşkil edilən kurslar qarşılıqlı əməkdaşlığın əsasını qoyacaq. Trend-in məlumatına görə, bu barədə kursların açılış mərasimində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev bildirib.
Şıxəliyevin sözlərinə görə, agentlik (AİDA) öz növbəsində Neft Akademiyası, ARDNŞ və nümayəndələri kurslarda iştirak edən xarici şirkətlər arasında əməkdaşlığın inkişafına öz töhfəsini verməyə hazırdır.
Kurslarda Vyetnam, Hindistan, İraq, Küveyt, Çin, Oman və digər ölkələrdən olan neft şirkətlərinin nümayəndələri iştirak edirlər.
Kurslar üç hissəyə bölünüb: tədris prosesi, tərəflər arasında elmi əməkdaşlıq və əldə olunan nailiyyətlərin kursda iştirak edən nümayəndələrin ölkələri və ya üçüncü ölkələrdə tətbiqi.