...

"Ekol" QSC neftlə çirklənmiş torpaqların rekultivasiyasını davam etdirir

Energetika Materials 14 İyul 2009 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend /  

SOCAR-ın iştirakı ilə yaradılan "Ekol" QSC "Suraxanı oil" əməliyyat şirkətinə məxsus sahələrdən ilin birinci yarısında 14 min kubmetrdən artıq plast suyunun və bir min kubmetrdən çox SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının gəmilərinin suyunun utilizasiyasını aparıb. Bu barədə şirkətin məlumatında deyilir.

"Salyan oil" əməliyyat şirkətinin sahələrində qazma şlamının rekultivasiyası üzrə işlər davam etdirilib. İlin birinci yarısında 14 min kubmetr qazma şlamı, 16 min kubmetr qrunt, 4 min ton çirkab su nəql edilib.  

Abşeron yarımadasında mövcud olan ekoloji problemlərin həlli məqsədi ilə 2006-cı ilin martın 1-də yaradılmış "Ekol" QSC-nin həmtəsisçiləri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 51% və "Lancer S.A. Services"-dir - 49%.  

Xəbər lenti

Xəbər lenti