...

Azərbaycanda əvvəllər notarius işləmiş şəxsdən saxta sənədlər aşkar edilib

Hadisə Materials 12 Aprel 2012 12:51 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əliqadir Eynullayev, Abşeron rayon sakini Nurağa Əsgərov, Rusiya Federasiyasının vətəndaşı Soltan Məcidov və onun qardaşı Masallı rayon sakini Səlim, əvvəllər notariat kontorunda dövlət notariusu işləmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Mirzəyevin hazırladığı saxta sənədlər əsasında, Masallı rayon sakini Şirzad Məcidova məxsus Bakı şəhərindəki mənzili sataraq pulunu mənimsədikləri müəyyən edilib.
Azərbaycanda əvvəllər notarius işləmiş şəxsdən saxta sənədlər aşkar edilib

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda əvvəllər notarius işləmiş şəxsdən saxta sənədlər aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əliqadir Eynullayev, Abşeron rayon sakini Nurağa Əsgərov, Rusiya Federasiyasının vətəndaşı Soltan Məcidov və onun qardaşı Masallı rayon sakini Səlim, əvvəllər notariat kontorunda dövlət notariusu işləmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Mirzəyevin hazırladığı saxta sənədlər əsasında, Masallı rayon sakini Şirzad Məcidova məxsus Bakı şəhərindəki mənzili sataraq pulunu mənimsədikləri müəyyən edilib.

Ədalət Mirzəyevin idarə etdiyi "Mercedes" və Nurağa Əsgərovun idarə etdiyi "Toyoto Prado" markalı avtomaşınlara baxış zamanı çoxlu sayda müxtəlif şəxslərə məxsus daşınmaz əmlak sənədləri, möhürlü, imzalı boş etibarnamələr, müqavilə blankları və digər saxta sənədlər aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti