...

Gürcüstanda yol qəzası nəticəsində 4 adam ölüb, ABŞ vətəndaşları ağır vəziyyətdədir

Siyasət Materials 24 May 2010 19:11 (UTC +04:00)
Qərbi Gürcüstanda Zestafoni-Kutaisi yolunda bazar ertəsi baş verən iki yol qəzası nəticəsində 4 nəfər ölüb. Əvvəlcə yolda iki mikroavtobus, bir neçə dəqiqədən sonra isə mikroavtobus və cip toqquşub. Bu barədə patrul polisinin məlumatında deyilir.
Gürcüstanda yol qəzası nəticəsində 4 adam ölüb, ABŞ vətəndaşları ağır vəziyyətdədir

Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/

Qərbi Gürcüstanda Zestafoni-Kutaisi yolunda bazar ertəsi baş verən iki yol qəzası nəticəsində 4 nəfər ölüb. Əvvəlcə yolda iki mikroavtobus, bir neçə dəqiqədən sonra isə mikroavtobus və cip toqquşub. Bu barədə patrul polisinin məlumatında deyilir.

Bir neçə şəxs Zestafoni xəstəxanasındadır. Onların arasında vəziyyəti son dərəcə ağır olan 4 yaşlı Lizi Daraxvelidze də var.

Xəsarət alanlar arasında 2 ABŞ vətəndaşı var. Onlardan biri təcili olaraq əməliyyat olunur.

Hadisə yerində xilasedicilər və polislər işləyir. Artıq qəzanın günahkarlarının müəyyən olunması üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti