...

"Coca-Cola" istifadə etdiyi suyu tam həcmdə təbiətə qaytaran ilk şirkət oldu

İqtisadiyyat Materials 16 Sentyabr 2016 16:36 (UTC +04:00)
Ümumdünya su həftəsində "Coca-Cola" şirkəti 2015-ci ildə təbiətə 337,7 mlrd. litr həcmində su qaytardığını bəyan edib.
"Coca-Cola" istifadə etdiyi suyu tam həcmdə təbiətə qaytaran ilk şirkət oldu

Bakı. Trend:

Ümumdünya su həftəsində "Coca-Cola" şirkəti 2015-ci ildə təbiətə 337,7 mlrd. litr həcmində su qaytardığını bəyan edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu, şirkətin məhsullarının istehsalında istifadə olunan suyun ümumi miqdarından 15% çoxdur. Bununla da “Coca-Cola” bu hədəfə planlaşdırılandan 5 il daha tez nail olan və gəlir həcminə görə dünyanın ən iri 500 şirkəti (“Fortune-500”) sırasında yer alan ilk şirkət olub.

2015-ci il ərzində "Coca-Cola" şirkəti dünya üzrə əvvəlkindən 5 mlrd. litr daha az – orta hesabla 300,19 mlrd. litr su istifadə edib. Təbiətə qaytarılan 337,7 mlrd. litr suyun 145,8 mlrd. litri istehsalda, qalan hissəsi isə "Coca-Cola"nın ekoloji layihələri sayəsində bərpa edilib. Qeyd olunan məlumatlar ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən “The Nature Conservancy”, “LimnoTech” və “The Global Environment & Technology Foundation” müstəqil şirkətlərin araşdırmalarının nəticələri ilə təsdiqlənib.

2010-cu illə müqayisədə “Coca-Cola” zavodlarında su resurslarından istifadənin effektivliyi 12% artıb. Ümumilikdə isə ötən illə müqayisədə 2004-cü ildən şirkət bu göstəricini qeydə almağa başlayandan etibarən effektivlik 27% çoxalıb. Başqa sözlə, 2004-cü ildə “Coca-Cola” bir litr məhsulun istehsalı üçün ümumilikdə 2,7 litr su sərf edirdisə, hazırda bu göstərici 1,98 litr təşkil edir.

“Coca-Cola” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Muxtar Kent bildirib: “Bu nailiyyət “Coca-Cola” və tərəfdaşlarımız üçün qürurverici bir məqamdır. 2007-ci ildə qoyduğumuz hədəfə nail olmuşuq və bu, şirkətimizin gələcək inkişafın istiqamətlərindən biri olacaq. “Coca-Cola” məhsulu içənlər əmin ola bilər ki, şirkətimiz, o cümlədən istehsalçı tərəfdaşlarımız su istifadəsinə məsuliyyətlə yanaşır. Bununla belə, biz anlayırıq ki, su resurslarının strateji idarə olunması üzrə iş hələ bitməyib və diqqətimizi bundan sonra da ekoloji proqramların inkişafına, fəaliyyətimizin effektivliyinin artırılmasına yönəldəcəyik”.

“Coca-Cola” şirkəti bu cür əhəmiyyətli nəticələrə istehsal prosesində suyun maksimum qənaətlə istifadəsi, şirkətin bütün zavodlarında texniki suların təmizlənərək tam təhlükəsiz halda təbiətə qaytarılması və su qıtlığı olan ərazilərdə yaşayan insanları içməli su ilə təchiz edən layihələrdə iştirakı sayəsində nail olub. Bundan başqa, şirkət ekoloji maariflənmə və ətraf mühitə məsuliyyətli yanaşma ilə bağlı layihələr həyata keçirir.

Məsələn, hazırda Azərbaycanda “Coca-Cola” şirkəti, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə tərəfdaşlığı çərçivəsində “Ağac əkək, təbiətə töhfə verək” adlı layihə həyata keçirilir. 2014-cü ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Bu günədək layihə çərçivəsində Azərbaycanda 30 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 15 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. “Coca-Cola” və ADA Universitetinin ağac əkintisi layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir. Ötən il ərzində “Coca-Cola” dünyanın 71 ölkəsində 248 bu cür layihələri dəstəkləyib.

“Coca-Cola” dünya üzrə 863 zavodunun hər birində keyfiyyət, kəmiyyət və digər məsələlər, o cümlədən suyun təmizlənməsi və paylaşdırılması baxımından istehsal prosesinin təşkilində su təchizatının dayanıqlığının təmin edilməsi ilə bağlı sərt tələblər irəli sürür.

"Coca-Cola"nın Azərbaycandakı zavodunun direktoru Rəna Məmmədova bildirib: "Azerbaijan Coca-Cola Bottlers" şirkəti Sulutəpə qəsəbəsində yerləşən zavodunda 2016-cı ildə müasir su təmizləmə qurğusunun quraşdırılması üçün 2 mln. ABŞ dolları məbləğində investisiya yatırıb. Bununla da “Azerbaijan Coca-Cola Bottlers” ölkədə bu cür qurğuya malik ilk şirkət olub. Sözügedən qurğu istehsal prosesində istifadə olunan suyu təmizləyərək ətraf mühit üçün tam təhlükəsiz hala gətirməyə imkan verir. Bu, investisiya fəaliyyətimizdə keyfiyyət və təhlükəsizlik standartlarına verdiyimiz yüksək əhəmiyyəti bir daha nümayiş etdirir".

"Coca-Cola"nın su resurslarının idarə olunması proqramı haqqında ətraflı məlumatı şirkətin müvafiq hesabatının səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti