...

Miniboss Baku-nun tələbələri Startaplar üzrə Dünya Çempionatında qalibiyyət qazanıb (FOTO/VİDEO)

Mədəniyyət Materials 14 İyul 2025 10:22 (UTC +04:00)
Miniboss Baku-nun tələbələri Startaplar üzrə Dünya Çempionatında qalibiyyət qazanıb (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı.Trend:

7–15 iyul 2025-ci il tarixlərində Maldiv adalarında keçirilən “Startup World Cup Championship 2025” çərçivəsində “PawPal”adlı Azərbaycan komandası – SAGE kateqoriyası üzrə ikinci yerə layiq görülərək dünya arenasında böyük uğura imza atdı.

Trend xəbər verir ki, “PawPal” - sosial yönümlü startap layihəsidir. Layihə küçə pişikləri üçün xüsusi qidalanma stansiyaları yaratmağı nəzərdə tutur.
Bu təşəbbüs insanları ətraf mühitə qarşı daha diqqətli olmağa, gündəlik həyatlarında kiçik, lakin davamlı xeyirxah vərdişlər formalaşdırmağa çağırır. Layihə həm ekoloji, həm sosial cəhətdən yüksək dəyərləndirilib və beynəlxalq münsiflər heyətinin rəğbətini qazanıb.

Qeyd edək ki, 35 ölkədən təmsil olunan komandalar seçmə mərhələsində iştirak etdilər. Daha sonra Kurumba adasında təşkil olunan Super-Final mərhələsində dünyanın ən güclü komandaları öz layihələrini təqdim etdilər.

Bununla yanaşı, Azərbaycandan təmsil olunan daha üç komandamız BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (UN SDG GOALS) üzrə xüsusi mükafatlara layiq görülüb. Bunlar StoryBites, Hero Cards və One Cup komandalarıdır.

Xatırladaq ki, bu il Global Business Week çərçivəsində keçirilən çempionat ilk dəfə olaraq Maldiv adalarında baş tutdu və bu, tədbirin tarixində mühüm bir yenilik idi. Startup World Cup Championships (SWCC) – 2000-ci ildən bu yana keçirilən və gənc sahibkarlar üçün dünyanın ən mühüm illik tədbiri sayılır. Bu qlobal platforma müxtəlif ölkələrin milli liderlərini və perspektivli gənclərini bir araya gətirərək, onların innovativ startap ideyalarını təqdim etməsi, ünsiyyət qurması və bir-birindən öyrənməsi üçün şərait yaradır. SWCC 2025 çempionatında komandalar iki əsas kateqoriya (5 kriteriya) üzrə yarışdılar SAGE – Sosial sahibkarlıq layihələri (STARTUPS FOR THE ADVANCEMENT OF A GLOBAL ENVIRONMENT) və SIFE – Kommersiya yönümlü layihələr (STARTUPS IN AN INNOVATIVE FREE ENTREPRENEURSHIP)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti