...

Elmar Məmmədyarov Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 8 Oktyabr 2012 18:03 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov nümayəndə heyətini salamlayıb və Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

Nazir ölkələrimiz arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, ölkələr arasında investisiyaların və ikitərəfli ticarət həcminin artırılmasının iki ölkə arasındakı münasibətlərin genişlənməsinə töhfə verəcəyini bildirib.

Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev, öz növbəsində, Azərbaycana səfərindən məmnunluğunu bildirib və Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin dinamik inkişafından məmnun olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycanda yüksək iqtisadi inkişafın müşahidə olunduğunu və ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti