Bakı. Trend:
Bu il ərzində yeni bir IPO-nun (IPO (Initial Public Offering – şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsi) təqdim edilməsi nəzərdə tutulur.
Trend xəbər verir, bunu Bakı Fond Birjasının Listinq şöbəsinin Baş məsləhətçisi Fərhad Mansurov bu gün Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə deyib.
O bildirib ki, Azərbaycanın səhmdar bazarı inkişaf mərhələsindədir: "Bildiyiniz kimi, ABB təzəlikcə bazara səhmlərini emissiya etmişdi. Bu ilin üçüncü rübündə yeni bir IPO-nun təqdim edilməsi nəzərdə tutulur".
"Bizim üzvləri həm investorların kapital bazarlarına çıxışını, onların investisiyanı, həm də emitentlərin anderraytinqini təmin edir", - dəyə o qeyd edib.