...

Azərbaycanda ilk IPO-nun həcmi müəyyənləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2014 18:38 (UTC +04:00)
Azərbaycanda onlayn ödəniş xidmətləri provayderi "GoldenPay"in səhmdarları Azərbaycan tarixində ilk IPO-nun (ilkin açıq yerləşdirmə) keçirilməsi haqqında qərar qəbul ediblər.
Azərbaycanda ilk IPO-nun həcmi müəyyənləşdirilir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanda onlayn ödəniş xidmətləri provayderi "GoldenPay"in səhmdarları Azərbaycan tarixində ilk IPO-nun (ilkin açıq yerləşdirmə) keçirilməsi haqqında qərar qəbul ediblər. Trend-in şirkətə istinadən verdiyi məlumata görə, bu barədə qərar "GoldenPay"in səhmdarlarının növbədənkənar iclasında qəbul olunub.

Məlumatda qeyd edilir ki, iclasda növbəti 5 il üçün şirkətin inkişaf strategiyası və onun icra mexanizmləri müzakirə edilib: "Səhmdarlar bu strategiyanın icra edilməsi üçün tələb olunan maliyyə resursları hissələrinin öz səhmlərinin açıq yerləşdirilməsi yolu ilə cəlb edilməsi haqqında qərar qəbul ediblər".

Bununla əlaqədar "GoldenPay"in İdarə Heyətinə IPO-nun şərtlərinin müəyyənləşdirilməsi və digər investisiya bank xidmətlərinin əldə edilməsi üzrə "Paşa Bank" ASC ilə sazişin imzalanması üçün səlahiyyət verilib.

"Paşa Capital" şirkətinin direktoru Ceyhun Hacıyev cümə günü Trend-ə deyib ki, sazişin imzalanması vaxtı və IPO-nun həcmi (açıq yerləşdirməyə çıxarılan səhmlər paketi) hələ məlum deyil: "İmzalanma tarixi hələ müəyyən edilməyib. IPO-nun məbləği də bəlli deyil. Biz hazırda "GoldenPay" şirkəti ilə danışıqlar aparırıq. Yerləşdirmənin həcmini şirkətin özü müəyyənləşdirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti