...

Yanvar-mart aylarında mindən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib

İqtisadiyyat Materials 12 Aprel 2023 10:11 (UTC +04:00)
Yanvar-mart aylarında mindən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib

Bakı. Trend:

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bilik və bacarıqlarını artırmaq üçün KOB inkişaf mərkəzlərinin xidmətlərindən ödənişsiz istifadə edə bilərlər.

KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin yanvar-mart ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 69 təlim təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu təlimlərdən 825 KOB subyekti və biznesə başlamaq istəyən şəxs yararlanıb. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edir.

Bu dövrdə 243 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib.

Agentlik tərəfindən bu dövrdə 47 biznes planın hazırlanması üçün müvafiq dəstək təmin edilib.

KOBİA tərəfindən göstərilən təlim və məsləhət xidmətləri ödənişsizdir.

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bu sahədə bilik və bacarıqlarını artırmaq üçün Agentliyin KOB inkişaf mərkəzlərinin (KOBİM) təlim, məsləhət, biznes planın hazırlanmasına dəstək və digər xidmətlərindən istifadə edə bilərlər. KOBİM-lər tərəfindən keçirilən təlimlərə dair məlumatı KOBİA-nın saytından əldə etmək olar (http://bit.ly/3MyRGpP).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti