...

“Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara və xidmət sahəsi üzrə layihələrə verilib

İqtisadiyyat Materials 17 Aprel 2023 10:45 (UTC +04:00)
“Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara və xidmət sahəsi üzrə layihələrə verilib

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında mikro və kiçik sahibkarlıq subyektlərinə 10, indiyədək isə 91 “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 83-ü mikro, 8-i kiçik sahibkarlıq subyektidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, şəhadətnamələrin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib ki, onların da 90%-ə qədəri proqram təminatı və mobil tətbiq vasitələridir.

“Startap” şəhadətnaməsi almış KOB subyektlərindən 13-ü qadındır.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti