...

Bakıda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2023 14:51 (UTC +04:00)
Forumda Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirən mərkəzə çevrilməsi, tranzit perspektivləri, logistika xərclərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar, KOB-ların müvafiq sahədə fəaliyyəti, insan kapitalı, peşə təhsili kimi məsələlər müzakirə edilib.
Bakıda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Konqres Mərkəzində 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, ilk dəfə təşkil olunmuş forum 31 may - 2 iyun tarixlərində ölkəmizdə keçirilən 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “Translogistica Caspian” Sərgisi çərçivəsində keçirilib.

Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, KOBİA, “Yaşıl Dəhliz Xidməti” QSC, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyası, Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FIATA), Beynəlxalq Logistika və Nəqliyyat İnstitutu (CILT), Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənib.

Forumda Azərbaycanın dövlət qurumlarının, beynəlxalq təşkilatların, nəqliyyat assosiasiyalarının nümayəndələri, sektor üzrə mütəxəssislər və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, TRASEKA-nın Baş katib Asset Assavbayev Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirən mərkəzə çevrilməsi, tranzit perspektivləri, logistika xərclərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, KOB-ların müvafiq sahədə fəaliyyəti, insan kapitalı, peşə təhsili və təlimi kimi mövzular barədə fikirlərini bölüşüblər.

Forum çərçivəsində, həmçinin, "Loqistika infrastrukturunda KOB-ların perspektivləri”, "Tranzit perspektivləri və beynəlxalq gömrük standartlarına uyğunluq" və "İnsan kapitalı, peşə təhsili və təlimi" mövzularında panel müzakirələr təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti