...

Təhsil və səhiyyə sistemlərini təkmilləşdirməliyik - Ekvadorun keçmiş prezidenti

Siyasət Materials 4 Noyabr 2021 17:36 (UTC +04:00)
Təhsil və səhiyyə sistemlərini təkmilləşdirməliyik - Ekvadorun keçmiş prezidenti

Bakı. Elçin Mehdiyev - Trend:

Bizim ölkəmizdə pandemiya səbəbindən ən çox fəsadlar təhsil və səhiyyə sahəsinə dəyib. Biz təhsil və səhiyyə sistemlərini təkmilləşdirməliyik.

Trend-in məlumatına görə, bunu Ekvadorun keçmiş prezidenti Rosalia Arteaqo Serrano VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, ölkəsində bütün əhalini peyvənd etməyə böyük cəhdlər göstərilir: “Bəzi insanlar vaksinasiyaya fərdi mövqedən yanaşaraq bundan imtina edirlər. Lakin bu məsələyə fərdi mövqedən deyil, ümumi cəmiyyətin maraqları prizmasından yanaşmaq lazımdır”.

Keçmiş prezident post-pandemiya dövründə dünya iqtisadiyyatını bərpa etmək üçün bütün ölkələrin birgə səylərinin vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti