Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 17 min ədəd həcmdə 2,3 milyon avro emal olunmuş ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 3,5 min ədəd və ya 25,9%, məbləğ baxımından isə 0,4 milyon avro və ya 21% çoxdur.
Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) – bank kartları ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur.
Sadə dillə desək, BKM bir növ "körpü" rolunu oynayır – fərqli bankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgün çatmasını təmin edir.