Bakı. Trend:
Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi bəlli olub.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Sərgən Yalçınla anlaşıb.
Onunla iki illik müqavilə imzalanıb.
Təcrübəli mütəxəssis bu vəzifədə istefaya göndərilən Ule-Qunnar Sulşeri əvəzləyib.
Qeyd edək ki, Sərgən Yalçın daha əvvəl 2020-2021-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub, komandaya Türkiyə çempionluğunu və ölkə kubokunu qazandırıb.