Ağdam.Trend:
Ağdam torpağındayam, dünyada məndən güclü adam yoxdur.
Bunu Trend-ə açıqlamasında Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Milli Mətbuat Tarixi Kafedrasının müdiri professor Cahangir Məmmədli Cahangir Məmmədli Ağdama 32 ildən sonra ilk qatar səfəri zamanı deyib.
“Hazırda Ağdamdayam və özümü dünyanın ən güclü adamı hesab edirəm. Bu torpağın üstünə ayaq basıb qocalığı hiss etmək olmaz", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib.
İlk qatar bu gün saat 07:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb.
Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.
Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.