...

Sərgən Yalçın “Beşiktaş”ın baş məşqçisi oldu

İdman Materials 30 Avqust 2025 13:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi bəlli olub.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Sərgən Yalçınla anlaşıb. Onunla 2 illik müqavilə imzalanıb.

Təcrübəli mütəxəssis bu vəzifədə istefaya göndərilən Ule-Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Sərgən Yalçın daha əvvəl 2020-2021-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub, komandaya Türkiyə çempionluğunu və ölkə kubokunu qazandırıb.

Xəbər lenti

Xəbər lenti