...

Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 30 Avqust 2025 14:45 (UTC +04:00)
Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqsutun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,680 milyard manat təşkil edib.

Trend-in Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 787,7 milyon manat və ya 1,6% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,759 milyard manat və ya 6,1% çoxdur.

Bundan başqa, 2025-ci ilin avqustun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,662 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 155,2 milyon manat və ya 0,4% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,210 milyon manat və ya 3,4% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,021 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 409 milyon manat və ya 1,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 372,8 milyon manat və ya 1,3% çoxdur.

Eyni zamanda, bu ilin avqustun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,657 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 143,8 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 756,1 milyon manat 4,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti