Bakı. Trend:
Bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi lokal kartlar vasitəsilə əməliyyatların sayı 60,9 min ədəd, əməliyyatların həcmi isə 65,28 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bir ay əvvəlki göstərici ilə müqayisədə lokal kartlar ilə əməliyyatların sayı 7,7 milyon ədəd və ya 14,5%, əməliyyatların həcmi isə 10,19 milyon manat, yaxud da 18,5% artıb.
İllik müqayisədə isə lokal kartlar ilə əməliyyatların sayı 313,9 min ədəd və ya 6,1 dəfə azalıb, əməliyyatların həcmi isə 0,86 milyon manat, yaxud da 1,3% artıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.