...

"Kəpəz" "Neftçi"nin yarımmüdafiəçisini icarəyə götürdü

İdman Materials 30 Avqust 2025 15:21 (UTC +04:00)
"Kəpəz" "Neftçi"nin yarımmüdafiəçisini icarəyə götürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.

Bildirilib ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori Gəncə təmsilçisinə keçib.

24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.

Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.

Xəbər lenti

Xəbər lenti