...

"Milan"dan 40 milyon avroluq transfer

İdman Materials 30 Avqust 2025 14:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milan" heyətinə yeni hücumçu cəlb edib.

Trend xəbər verir ki, A Seriyası nəhəngi "Çelsi"nin Kristofer Nkunkunu transsfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" fransalı forvard üçün İngiltərə klubuna 35+5 avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu 2023-cü ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti