...

Türkiyənin dövlət rəsmiləri Xorvatiya-Türkiyə oyununu canlı izləyəcək

Cəmiyyət Materials 17 İyun 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül Avropa Futbol Çempionatı -2008-də 1/4 finala çıxan Türkiyə milli yığmasının Xorvatiya yığması ilə oyununu izləmək üçün Vyanaya gedə biləcəyini deyib.

"Bütün türk xalqı kimi, mən də oyunu həyəcan və qürurla izləyirəm" - deyə prezident Gül bildirib.

Məlumatı çərşənbə axşamı Türkiyənin kütləvi informasiya vasitələri yayıb.

Gül Türkiyənin 1/4 finala çıxmasını hədiyyə kimi qiymətləndirib.

Türkiyə Silahlı Qüvvələri komandanı Yaşar Böyükant isə, "Millilər hamımızı sevindirdi, son 15 dəqiqə möhtəşəm bir oyun idi. Ümid edirəm ki, növbəti oyunda da eyni sevinci yaşayacağıq" - deyə münasibət bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə, Xorvatiya ilə oyunu canlı izləmək üçün iyunun 20-21-də Vyanada olacaq.

Türkiyə milli yığması iyunun 15-də Çexiya millisinə 3-2 hesabı iəl qalib gələrək, 1/4 finala çıxıb. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti