...

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2012 10:47 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 11:00-dan 11:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi, saat 15:25-dən 15:32-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 20:20-dən 20:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Erməni hərbiçilər, həmçinin aprelin 11-də saat 20:40-dan 21:15-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərdən Qazax rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərimizi, saat 21:10-dan 21:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 12-də saat 02:10-dan 02:20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti