...

Ronaldonun qolu "Mançester Yunayted"ə ÇL-də qələbə qazandırdı

İdman Materials 30 Sentyabr 2021 01:27 (UTC +04:00)
Ronaldonun qolu "Mançester Yunayted"ə ÇL-də qələbə qazandırdı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubu İspaniyanın "Vilyareal" klubunu qəbul edib.

Trend-in məlumatına görə, "Old Trafford" stadionunda keçirilən qarşılaşma meydan sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Yunayted"in heyətində qolları Aleks Telles (60-cı dəqiqə) və Kristiano Ronaldo (90+5) vurublar. Qonaqların yeganə qolunu 53-cü dəqiqədə Pako Alkaser vurub.

F qrupunun digər qarşılaşmasında İtaliyanın "Atalanta" klubu İsveçrənin "Yanq Boyz" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0. Oyunda yeganə qolu 68-ci dəqiqədə M.Pessina vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti