...

Finlandiya ordusu “Kalaşnikov”dan imtina edir

Dünya xəbərləri Materials 29 Avqust 2025 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Silahlı Qüvvələri sovet istehsalı “Kalaşnikov” əsasında hazırlanmış avtomatlardan imtina edərək Qərb standartlarına uyğun müasir hücum tüfənglərinə keçəcək.

Trend xəbər verir ki, ölkənin SAKO şirkəti ordunun silahlanmasına daxil edilməsi planlaşdırılan “Sako ARG” avtomat tüfənglərinin bir neçə modelini təqdim edib.

Hazırda Finlandiya əsgərləri əsasən “AK-47” əsasında hazırlanmış “RK 62” və modernləşdirilmiş “RK 95” avtomatlarından istifadə edirlər. Yeni “Sako ARG” silahları isə Finlandiya və İsveç orduları ilə birgə hazırlanıb və Arktika şəraitində istifadəyə xüsusi uyğunlaşdırılıb.

Mütəxəssislər qərarın həm də simvolik məna daşıdığını bildirirlər: 7,62 mm kalibrli odlu silahlar daha çox Şərqi Avropada istifadə olunursa, 5,56 mm kalibrli silahlar əsasən NATO ölkələrində yayılıb.

Xatırladaq ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub.

Xəbər lenti

Xəbər lenti