...

Quterreş Yaxın Şərq münaqişəsinin həlli üçün şəxsi elçi təyin edib

Dünya xəbərləri Materials 25 Mart 2026 20:13 (UTC +04:00)
Quterreş Yaxın Şərq münaqişəsinin həlli üçün şəxsi elçi təyin edib

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin həlli səylərinə rəhbərlik etmək üçün şəxsi nümayəndə təyin edib.

Trend-in məlumatına görə, bu A.Quterreş jurnalistlərə deyib.

"Mən elə indicə münaqişənin və onun nəticələrinin həlli üçün BMT-nin səylərinə rəhbərlik etmək üçün Jan Arnonu şəxsi elçim təyin etdim", - deyə o bildirib.

Qeyd edək ki, Jan Arno 2021-ci ildə Quterreşin Əfqanıstan və regional məsələlər üzrə şəxsi elçisi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti