...

Niderland komandasında ciddi itki baş verib

İdman Materials 24 Mart 2026 17:36 (UTC +04:00)

Bakı. Trend:

Niderland milli komandasının heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Korintians"da çıxış edən Memfis Depay sıradan çıxıb. 32 yaşlı hücumçu Braziliya A Seriyasının 8-ci turunun "Flamenqo" ilə matçında (1:1) ayaq əzələsindən zədə alıb. Təcrübəli futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Niderland yığması iki yoldaşlıq oyunu keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti