Londonda keçirilən etiraz aksiyaları zamanı 31 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 16 May 2026 21:06 (UTC +04:00)
Londonda keçirilən etiraz aksiyaları zamanı 31 nəfər saxlanılıb

Bakı. Trend:

Londonda keçirilən iki etiraz aksiyasında saxlanılanların sayı 31-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə London polisinin mətbuat xidməti bildirib.

"Hər iki etiraz aksiyası üçün mitinqlər davam edir. İndiyə qədər bütün əməliyyat zamanı 31 nəfər saxlanılıb", - deyə bildirilib.

Qeyd edilib ki, ümumilikdə heç bir ciddi hadisə qeydə alınmayıb.

Qeyd edək ki, mayın 16-da Londonda "Unite the Kingdom" ("Krallığı birləşdirin") şüarı altında vətənpərvərlik yürüşü və Fələstinə dəstək yürüşü keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti