Bakı. Trend:
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq.
Trend xəbər verir
ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
məlumat yayıb
Məlumata görə, test imtahanının vaxtı və keçirilmə yeri barədə
məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək
“Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının
vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən
istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid
vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4
Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
