İranda dərman qıtlığı yaranıb

Dünya xəbərləri Materials 16 May 2026 19:50 (UTC +04:00)
İranda dərman qıtlığı yaranıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranda antibiotiklər və sonsuzluğun müalicəsində istifadə olunan preparatlar da daxil olmaqla bir sıra dərman vasitələrinin qıtlığı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Agentliyin məlumatına əsasən, apteklərdə “Cldinium-C”, “Asentra”, bəzi antibiotiklər və süni mayalanma (EKO) zamanı istifadə olunan estradiol valerat preparatı çatışmır.

Dərman qıtlığı fonunda preparatların qiyməti kəskin artıb. Belə ki, rəsmi qiyməti təxminən 840 min rial olan "estradiol valerat" qeyri-rəsmi bazarda 5–17 milyon riala satılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti