Qazaxıstan Türk dövlətlərinin süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını təklif edir - Tokayev

İqtisadiyyat Materials 15 May 2026 15:34 (UTC +04:00)
Qazaxıstan Türk dövlətlərinin süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını təklif edir - Tokayev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türküstan.Trend:

Qazaxıstan türk dövlətlərinin süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını təklif edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) üzv-dövlətlərinin Türküstan şəhərində keçirilən qeyri-rəsmi sammitində bildirib.

“Xüsusilə peyk rabitəsi, naviqasiya və monitorinq sahələrində birgə layihələrin həyata keçirilməsi vacibdir. Bu bizim inteqrasiyamızı təmin etmiş olacaq.Texnoloji müstəqilliyimizi möhkəmləndirməyə və innovasiya potensialımızı artırmağa imkan verəcək. Qarşılıqlı təcrübə mübadiləsi, birgə kadr hazırlığı və qabaqcıl texnologiyaların tətbiqi son dərəcə önəmlidir. Buna görə də türk dövlətlərinin süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını təklif edirəm”, – deyə o bildirib.

Tokayev qeyd edib ki, Qazaxıstan “Süni İntellekt Universiteti” formatında texnoloji universitetlərin yaradılmasını planlaşdırır.

“Şımkənd şəhərində beynəlxalq şuranın ekspertlərinin iştirakı ilə “Süni intellekt və rəqəmsal inkişaf” adlı beynəlxalq konfrans keçirilib. Bu tədbir ölkələrimizin bu sahədə əməkdaşlığını və maraq birliyini əyani şəkildə nümayiş etdirdi. Ötən il Qəbələdə keçirilən görüşdə rəqəmsal inkişaf və kibertəhlükəsizliklə bağlı bir sıra mühüm təşəbbüslərlə çıxış etmişdim. Xüsusilə, Türk Dövlətləri Təşkilatının rəqəmsal monitorinq və rəqəmsal innovasiyalar mərkəzinin yaradılmasını təklif etmişdim. Bu mərkəzlər təşkilata üzv dövlətlərin rəqəmsal inkişafı və rifahı üçün yeni imkanlar açacaq.

Bundan əlavə, həmin nüfuzlu toplantıda kibertəhlükəsizlik şurasının yaradılmasının vacibliyini də bəyan etmişdim. Belə bir şura ölkələrimizin rəqəmsal dünyadakı həssas nöqtələrini müəyyən etməyə və infrastruktur üçün təhlükələrin qarşısını almağa kömək edəcək. Bu struktur vasitəsilə təşkilata üzv dövlətlərin aidiyyəti qurumları məlumat mübadiləsi apararaq operativ fəaliyyət göstərə biləcəklər. Qazaxıstan bu təşəbbüslə bağlı müvafiq konsepsiyanı hazırlayıb və razılaşdırılması üçün təşkilata üzv dövlətlərə göndərib. Hesab edirəm ki, sadalanan bütün konkret nümunələr ölkələrimizin ümumi maraqlarına cavab verir, buna görə də biz bu istiqamətdə səmərəli və fəal fəaliyyət göstərəcəyik”, – deyə Tokayev vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti