"Honda" 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib

Dünya xəbərləri Materials 15 May 2026 20:16 (UTC +04:00)
"Honda" 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Honda” avtokonserni (“Honda Motor Co.”) təxminən son 70 ildə ilk dəfə olaraq illik zərəri barədə hesabat verib.

Trend xəbər verir ki, bu barədə “IT Home” məlumat yayıb.

Mayın 14-də dərc olunan 2026-cı maliyyə ili üzrə hesabata əsasən (31 mart 2026-cı ildə başa çatıb), şirkətin xalis mənfəəti 150,72 faiz azalaraq mənfi 423,9 milyard yen təşkil edib. Halbuki əvvəlki maliyyə ilində Honda müsbət mənfəət göstərmişdi.

Bu, “Honda”nın səhmlərinin ilk dəfə olaraq birjaya çıxarılmasından bəri yəni təxminən son 70 il ərzində ilk illik zərəridir.

Rekord həcmdə zərərə səbəb olan əsas amil elektromobil (EV) seqmentində aparılan genişmiqyaslı təkrar stukturlaşdırma olub. Honda elektrik strategiyasına yenidən baxılması ilə bağlı birdəfəlik xərclər çəkib və bu xərclərin həcmi 952,6 milyard yenə çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti