Bakı. Trend:
Hindistanın Karnataka ştatında azı altı nəfər, o cümlədən bir uşaq və 3 qadın ağır yol qəzası nəticəsində həlak olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, cümə günü axşam saatlarında avtosistern yüksək sürətlə içində sərnişinlərin olduğu nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma nəticəsində sərnişinlərin olduğu traktor, körpüdən yerə aşıb.
Qeyd olunur ki, qurbanlar yerli məbədə yollanan zəvvarlar olub. Onların Bellari dairəsinin sakinləri olduğu bildirilir.
Nəqliyyat vasitəsinin idarəolunması zamanı etinadızlığa və bir neçə nəfərin ölümünə səbəb olduğuna görə avtosisternin sürücüsü həbs olunub.
