Bakı. Trend:
ABŞ-nin Texas ştatında güclü yanğın nəticəsində dəmir yolu körpüsü məhv olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Yanğın təxminən 6 min hektar ərazini əhatə edib.
Məlumata görə, yanğına ildırım vurması səbəb olub. Güclü külək alovun sürətlə yayılmasına şərait yaradıb. Nəticədə yerli sakinlərin evləri və nəqliyyat vasitələri də yanaraq məhv olub. Fəlakət bölgəsində küləyin sürəti saatda 48 kilometri ötüb.
