Şuşada keçirilən Xarıbülbül Festivalı yüksək səviyyədə təşkil olunub – Camal Əliyev

Cəmiyyət Materials 15 May 2026 18:43 (UTC +04:00)
Şuşada keçirilən Xarıbülbül Festivalı yüksək səviyyədə təşkil olunub – Camal Əliyev
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

ŞUŞA. Trend:

Şuşada keçirilən Xarıbülbül Festivalı yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə festival iştirakçısı, məşhur Azərbaycan violonçelçisi Camal Əliyev bildirib.

Musiqiçi Qarabağın ab-havasından, Şuşanın gözəl mənzərələrindən və festivalın təşkilindən dərin təsirləndiyini qeyd edib. O bildirib ki, bu diyarda musiqi festivalında iştirak etmək onun üçün xüsusi bir hadisədir.

"Buranı çox bəyəndim - gözəl təbiət, heyrətamiz atmosfer. Mən bu festivalı uzun müddətdir izləyirəm və iştirak edə bildiyim üçün çox şadam. Hər şey yüksək səviyyədə təşkil olunub", - deyə Camal Əliyev bildirib.

Violonçelçi həmçinin Qarabağa səfərin emosional əhəmiyyətini vurğulayıb. O, Şuşaya ilk səfərinin ona güclü emosiyalar və qürur hissi bəxş etdiyini etiraf edib.

"Buraya gələndə və bu yerləri görəndə böyük qürur hissi keçirdim. Burada belə gözəl bir festivalın keçirilməsinə çox şadam", - deyə musiqiçi qeyd edib.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Beynəlxalq "Xaribülbül" Musiqi Festivalının açılışı mayın 14-də Şuşada, Cıdır Düzündə baş tutub.

İki gün ərzində Şuşada müxtəlif məkanlarda konsertlər və mədəni tədbirlər keçiriləcək. Festivalın məqsədi mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, musiqi əlaqələrini gücləndirmək və müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir.

Xəbər lenti

Xəbər lenti