Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

İdman Materials 15 May 2026 22:46 (UTC +04:00)
Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabla uduzub.

Xəbər lenti

Xəbər lenti