Süni intellekt və rəqəmsallaşma TDT ölkələrinin inteqrasiyasının açarına çevrilir - Ömüralıyev

Telekommunikasiya Materials 15 May 2026 17:05 (UTC +04:00)
Süni intellekt və rəqəmsallaşma TDT ölkələrinin inteqrasiyasının açarına çevrilir - Ömüralıyev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türküstan. Trend:

Süni intellekt və rəqəmsallaşma iqtisadi artımın, inzibati səmərəliliyin və qlobal rəqabət qabiliyyətinin əsas hərəkətverici qüvvələridir. Onlar regionumuzun təhlükəsizliyinin və rifahının gələcəyini müəyyən edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-rəsmi sammitində TDT-nin baş katibi Kubanıçbek Ömuralıyev deyib.

Onun sözlərinə görə, TDT informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsində, bilik mübadiləsinin inkişafında, rəqəmsal infrastruktur və innovasiyalar üzrə birgə təşəbbüslərin təşviqində mühüm rol oynayır.

Ömüralıyev 2024-cü ildə Bişkek sammitində elan edilmiş “Rəqəmsal Türk Dünyası” təşəbbüsünə, həmçinin iştirakçı ölkələrin vətəndaşlarına sərhədləri keçərkən pasport əvəzinə milli şəxsiyyət vəsiqələrindən istifadə etməyə imkan verən “Türk ID” layihəsinə xüsusi diqqət ayırıb. Hazırda bu sistem Azərbaycan və Türkiyə, Qırğızıstan və Qazaxıstan arasında, eləcə də Özbəkistanda fəaliyyət göstərir.

“Bu təşəbbüslərin gələcəkdə həyata keçirilməsi türk dünyasında daha əlaqəli, mobil və rəqəmsal inteqrasiya olunmuş məkanın formalaşmasına töhfə verəcək”, – deyə Ömuralıyev vurğulayıb.

O əlavə edib ki, rəqəmsal ticarətin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi milli təhlükəsizlik, iqtisadi sabitlik və regional dayanıqlılığın ən mühüm amillərindəndir. O, bu istiqamətdə Qazaxıstan və Özbəkistan prezidentlərinin təşəbbüsünü də qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti