Özbəkistan Prezidenti TDT-nin beynəlxalq nüfuzunun artırılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 15 May 2026 16:12 (UTC +04:00)
Özbəkistan Prezidenti TDT-nin beynəlxalq nüfuzunun artırılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türküstan. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun artırılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu o, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Türküstanda keçirilən qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.

“Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində göstərdiyi effektiv səylərə görə Azərbaycana təşəkkürümü bildirirəm”, - deyə o, bu gün Türküstanda keçirilən TDT-nin qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.

Daha sonra o, TDT ölkələrində iqtisadi inkişafın yüksək dinamikasını vurğulayıb.

“Məsələn, 2022-ci ildə ölkələrimizin ümumi iqtisadi potensialı 2,4 trilyon dolları ötüb və onun artım tempi qlobal iqtisadi artımı iki dəfə üstələyib. Təkcə ötən il təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsi 14 faiz artaraq 10 milyard dollara çatıb. Bu ildən etibarən Türk İnvestisiya Fondu əməliyyat fəaliyyətinə başlayıb. Mərkəzi banklar şurası və Yaşıl Maliyyələşdirmə üzrə Koordinasiya Şurasının fəaliyyəti işə salınıb. Bütün bunlar təşkilatımızın institusional baxımdan möhkəmləndiyini əyani şəkildə təsdiqləyir”, - deyə Özbəkistan Prezidenti bildirib.

Mirziyoyev qeyd edib ki, TDT ölkələri qarşısında duran təxirəsalınmaz vəzifə münasibətlərə institusional səciyyə qazandırmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti