Bakı.Trend:
Qırğızıstanda qarışıq döyüş sənətləri (MMA) ustası Mədət Jeenaliyev İssık-kul gölündə boğulan 2 uşağı xilas etməyə çalışarkən həlak olub.
Trend xəbər verir ki, bu barədə Issık-Kul vilayətinin Baş Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Jeenaliyev yüksək dalğalar səbəbilə boğulan iki qızı xilas edən zaman həlak olub”, - deyə məlumatda qeyd edilir.
Xilasetmədə 30 yaşlı MMA döyüşçüsü ilə yanaşı onun dostuda da iştirak edib. Həm o, həm də uşaqlar sağ qalıb.
Jeenaliyev 2017-2019-cu illərdə peşəkar MMA döyüşçüsü olub. Dörd döyüş keçirib, onlardan ikisində qalib gəlib.
