Bakı. Trend:
Kamboca Krallığının Baş nazirinin müavini, torpaq idarəetməsi naziri Say Sam Al BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. WUF13-ə 180 ölkədən 32 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir.
