Bakı-Ələt magistralında körpüdə çökmə: Paytaxt istiqamətində hərəkət məhdudlaşdırıldı (FOTO)

Hadisə Materials 15 May 2026 18:30 (UTC +04:00)
Bakı-Ələt magistralında körpüdə çökmə: Paytaxt istiqamətində hərəkət məhdudlaşdırıldı (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.

“Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir. Qısa müddət ərzində bərpa işlərinə başlanılacaq”, - deyə AAYDA-dan bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti