AZAL-ın Naxçıvana olan uçuşları təxirə salınıb

Cəmiyyət Materials 16 May 2026 17:50 (UTC +04:00)
AZAL-ın Naxçıvana olan uçuşları təxirə salınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

Bildirilib ki, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Məlumata görə, hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti