Azərbaycan şəhərsalma sahəsində böyük transformasiya həyata keçirib – Uqandalı şəhərsalma mütəxəssisi

Cəmiyyət Materials 16 May 2026 16:29 (UTC +04:00)
Azərbaycan şəhərsalma sahəsində böyük transformasiya həyata keçirib – Uqandalı şəhərsalma mütəxəssisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) müxtəlif ölkələr arasında təcrübə və bilik mübadiləsi üçün mühüm platformadır.

Bunu Trend-ə açıqlamasında uqandalı şəhərsalma planlaşdırılması üzrə mütəxəssis Uilson Avuzu deyib.

Onun sözlərinə görə, Uqandadan olan nümayəndə heyəti forumda iştirak etməklə dünyanın müxtəlif ölkələrinin şəhərsalma və mənzil siyasəti sahəsində tətbiq etdiyi təcrübələri öyrənmək niyyətindədir.

“WUF13 bizə dünyanın müxtəlif yerlərində görülən işlərlə tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradır. Burada əldə etdiyimiz uğurlu təcrübələri ölkəmizə apararaq tətbiq etmək istəyirik”, - deyə o bildirib.

U.Avuzu qeyd edib ki, builki forumun əsas mövzularından biri mənzil məsələsidir və bu problem xüsusilə Afrika ölkələri üçün aktual olaraq qalır.

“Mənzillə təminat Afrikada ciddi problemlərdən biridir. Forum çərçivəsində digər ölkələrin şəhər yoxsulları üçün mənzil problemini necə həll etdiyini öyrənmək və bu təcrübəni ölkəmizdə tətbiq etmək istəyirik”, - deyə o vurğulayıb.

Ekspert Azərbaycanın WUF13-ə ev sahibliyini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan şəhərsalma sahəsində böyük inkişaf və transformasiya nümayiş etdirib.

“Azərbaycan inkişaf etməkdə olan ölkədir. Burada şəhər məkanlarının ciddi şəkildə dəyişdiyini və yeniləndiyini görürük. İki gündür Bakıdayam və şəhərdə böyük urbanizasiya transformasiyasının şahidi olmuşam. Hesab edirəm ki, builki 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi üçün doğru məkan məhz Azərbaycandır”, - deyə U.Avuzu əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti