Bakı. Trend:
Avropa ölkələri gəmilərin Hörmüz boğazından keçməsi ilə əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ilə müzakirə aparır.
Trend xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Şərqi Asiya ölkələri, xüsusilə də Çin, Yaponiya və Pakistana məxsus gəmilərin Hörmüz boğazından keçid etmələrindən sonra Avropa ölkələri belə bir addım atıb.
Bildirilir ki, İranın Hörmüz adasının cənubundan Lark adasının cəubuna qədər nəzarəti tətbiq edilməkdədir.
Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4 mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
