Özbəkistan 2027-ci ilin türk dünyasında “Ekologiyanın mühafizəsi ili” elan edilməsini təklif edir

Siyasət Materials 15 May 2026 17:18 (UTC +04:00)
Özbəkistan 2027-ci ilin türk dünyasında “Ekologiyanın mühafizəsi ili” elan edilməsini təklif edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türküstan.Trend:

Özbəkistan 2027-ci ilin türk dünyasında “Ekologiyanın mühafizəsi ili” elan edilməsini təklif edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Türküstanda keçirilən qeyri-rəsmi sammitində bildirib.

“İqlim dəyişikliyi dövlətlərimizdən əlaqələndirilmiş tədbirlərin görülməsini tələb edir. Bu problemlərin effektiv həlli üçün təşkilat nəzdində peyk məlumatları əsasında iqlim risklərinin monitorinqi sisteminin yaradılması vacibdir. Quraqlığın erkən müəyyən edilməsi, torpaqların deqradasiyası və buzlaqların əriməsi proseslərinin daimi monitorinqi, eləcə də transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində süni intellekt texnologiyalarının tətbiqi zəruridir”, - deyə o bildirib.

Mirziyoyev qeyd edib ki, Daşkənddə yerləşən Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişiklikləri Universiteti 2026-2027-ci tədris ili üçün türk ölkələrinin gəncləri üçün 50 qrant ayırıb.

Daha sonra Özbəkistan Prezidenti vurğulayıb ki, sərhədlərdə gömrük və tranzit prosedurlarının asanlaşdırılmasına yönəlmiş sadələşdirilmiş gömrük dəhlizinin tətbiqinə dair imzalanmış sazişin praktiki icrası da təmin edilməli, həmçinin məlumat mübadiləsi tam rəqəmsallaşdırılmalıdır.

“Bu, bütün logistika zənciri üzrə məlumat ötürülməsini, yüklərin izlənməsini və proseslərin əlaqələndirilmiş şəkildə təşkilini təmin edəcək”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti