Bakı. Trend:
Mayın 16-da Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyə iştirak üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabietindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının forumda iştirakından məmnunluq ifadə olunub.
İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.
