Zəngilana və Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Cəmiyyət Materials 15 May 2026 07:03 (UTC +04:00)
Zəngilana və Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb.

Trend xəbər verir ki, mayın 15-də Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti